BMU Beynəlxalq Təhsil sərgisində

Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

 

Sərgidə digər ali təhsil müəssisələri kimi, Bakı Mühəndislik Universiteti (BMU) də iştirak edir.

 

Universitetin rektoru, professor Havar Məmmədov Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovu və Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanı BMU-nun stendi ilə tanış edib.

 

Bildirilib ki, universitetin stendində mühəndislik, beynəlxalq əlaqələr, memarlıq və inşaat, eləcə də digər sahələr üzrə təqdimatlar, tələbələr tərəfindən hazırlanmış startap layihələri, kimya laboratoriyasında hazırlanan məhsullar,  təhsil ocağının fəaliyyətini, xarici əlaqələrini, iş dünyası ilə əməkdaşlığını əks etdirən vəsaitlər və video çarxlar nümayiş olunur.  

 

BMU-nun stendində təqdim olunan layihələr maraqla qarşılanıb.

 



10.10.2019 | 20:59