İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı

İsveçin paytaxtı Osloda 2018-ci ilin iqtisadiyyat sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb. 

 

İsveç Kral Elmlər Akademiyasının qərarı ilə iqtisadiyyat üzrə Nobel  mükafatına amerikalı  alimlər -  Massaçusets Texnologiya İnstitutundan Abecid Banerci, Ester Duflo və Harvard Universitetindən Maykl Kremer layiq görülüblər. 

 

İsveç Elmlər Akademiyasının bəyanatında deyilir:" Bu ilin laureatları dünyada yoxsulluqla mübarizənin ən effektiv yollarının nədən ibarət olduğuna düzgün cavab almaqda yeni yanaşma təqdim ediblər".
 

İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab olunur.  İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.

 

Oruc MUSTAFAYEV

 



14.10.2019 | 14:20