“Qan ver, yaşat!”devizi altında aksiya keçirilib

Aprelin 27-də  Sumqayıt Dövlət Universitetində Qızıl Aypara Cəmiyyəti  Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə talassemiya və hemofiliya irsi xəstəliklərindən əziyyət çəkən uşaq və yeniyetmələr üçün “Qan ver, yaşat!” devizi altında qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, xəstələrdə əlillik və ölümün azaldılması, hemofiliyanın fəsadlarının diaqnostikası, müalicə və profilaktikasının təkmilləşdirilməsi, müalicənin təşkili və digər tədbirlərin görülməsindən ibarətdir. 

 

Universitetin çoxsaylı professor-müəllim, tələbə və əməkdaşlarının könüllü olaraq iştirak etdikləri humanist xarakterli  aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olnub,  sonra isə qan götürülüb.

 

Qeyd edək ki, Qan bankına toplanan qanın plazma hissəsi hemofiliyadan əziyyət çəkən xəstələrə, eritrositar kütləsi isə talassemiyalı xəstələrə köçürüləcək.

 



30.04.2018 | 10:12