Macar dilinin tədrisi arzulanır

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.

 

Rektor Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Həmçinin Macarıstanın ölkəmizdəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib.  Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.

 

Benedek Peri təmsil etdiyi qurum haqqında məlumat verərək,  Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.

 

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb.



21.10.2019 | 19:00