“Oyun Karvanı Azərbaycanda”

Gənclər və İdman Nazirliyi və Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının təşkilatçılığı, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və “Mehriban Dost” layihəsinin dəstəyi ilə keçirilən “Oyun Karvanı Azərbaycanda” layihəsinin tədbiri Qəbələdə baş tutub. 

 

Tədbirə İsmayıllı, Şamaxı, Kürdəmir, Göyçay, Ağdaş və Qəbələ rayonlarından 8-12 yaş arasında 200-dək uşaq qatılıb.

 

Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov tədbirdə çıxış edərək, ölkənin 7 regionunu əhatə edəcək layihə barədə danışıblar.

   

Layihənin  məqsədi uşaqları sevindirmək, qardaş ölkələr olan Azərbaycanla Türkiyənin uşaq və yeniyetmələri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermək, uşaqları müxtəlif əyləncəli idman oyunları ilə həvəsləndirməkdir.

     

Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

  

Sifai SƏFƏROVA



21.10.2019 | 17:57