XX Beynəlxalq rəsm müsabiqəsi keçirilib

Polşanın Torun şəhərində uşaqlar arasında XX Beynəlxalq rəsm müsabiqəsi keçirilib. Müsabiqədə dünyanın 48 ölkəsindən, o cümlədən Azərbaycandan olan uşaqların 11 min 409 əsəri nümayiş olunub. “Həmişə yaşıl, həmişə mavi” adlı müsabiqənin əsas mövzusu bağ olub. Müsabiqə  Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin dəstəyi ilə baş tutub.

 

Müxtəlif diplomlarla mükafatlandırılan  rəsm əsərləri arasında azərbaycanlı uşaqların da  əl işləri diqqəti  çəkib. Mükafatlandırılan  əsərlər Torun şəhərinin mədəniyyət mərkəzlərindən birində sərgilənəcək.

 

Sifai SƏFƏROVA



23.10.2019 | 14:38