ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə əklil qoyulub. Terror qurbanlarının xatirəsini dərin ehtiramla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu dəhşətli hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. ADNSU-nun həmin gün çox qiymətli müəllim və tələbələrini itirdiyini deyən rektor M.Babanlı onların xatirəsinin daim əziz tutulacağını qeyd edib. Sonra tədbir iştirakçıları 30 aprel terror qurbanları haqqında xatirələrini bölüşüblər.

 



30.04.2018 | 17:02