“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri dünya çempionatında uğur qazanıblar

23-27 oktyabr 2019-cu il tarixində Çilinin paytaxtı Santyaqo şəhərində karate idman növü üzrə XI dünya çempionatı keçirilib.

 

Yarışmaya 50-dən artıq ölkədən 1 557 idmançı qatılıb.

 

Azərbaycanı yarışmada təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri uğurla iştirak ediblər.

 

Belə ki, yığma komandanın üzvləri Hüseyn Məmmədli milli komandanın heyətində 61 kq çəki dərəcəsində gümüş, Hüseyn Hüseynzadə isə 76 kq çəki dərəcəsində bürünc medal qazanıb.

 



28.10.2019 | 16:44