UTECA nümayəndəsi avropalı təhsil ekspertləri ilə müzakirələr aparıb

Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Bakı Biznes Universitetində həyata keçirilən bir günlük təlimdə iştirak edərək avropalı təhsil ekspertləri ilə müzakirələr aparıb. Müzakirələrdə mövzu əsasən, Keyfiyyətin təminatı sahəsində görülən işlərin daha yüksək səviyyəyə çatması üçün istifadə olunan QPR proqram təminatının universitetdə mövcud tətbiq səviyyəsi barədə olub.

 

Silsilə şəklində Azərbaycanda və bir neçə Avropa ölkəsində baş tutan bu təlimlər Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ EQAC( Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində həyata keçirilir.



29.10.2019 | 17:20