“Azərbaycanın unudulmaz Leylası”

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbində “Klassik balet və milli rəqs inciləri” silsiləsindən “Azərbaycanın unudulmaz Leylası” mövzusunda yaradıcı-maarifləndirici seminar keçirilib.

 

Seminar  Azərbaycan milli balet sənətinin əfsanəvi və klassik dühalarından biri olan Xalq artisti Leyla Vəkilovanın həyat və fəaliyyətinə həsr edilib. BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova məktəbdə klassik və milli rəqs sənətimizin görkəmli nümayəndələrinə həsr olunmuş belə tədbirlərin mütəmadi keçirildiyini vurğulayıb.

 

Qeyd edib ki, 90 illik təhsil ənənəsinə malik Bakı Xoreoqrafiya Akademiyası hər zaman milli xoreoqrafiya sənətinin banilərinə, görkəmli nümayəndələrinə xüsusi diqqət yetirir, çünki gənc nəslin təlim-tərbiyəsində görkəmli şəxsiyyətlərə həsr olunmuş belə tədbirlərin əhəmiyyəti böyükdür.

 

Məktəbin  direktor müavini Kamilə Əliyeva Leyla Vəkilovanın həyat və yaradıcılığı haqqında danışıb. İnteraktiv şəkildə hazırlanan tədbirdə  məktəbin klassik rəqs müəllimi Yekaterina Mustafayevanın rəhbərliyi ilə 8-ci sinif şagirdlərinin ifasında Leyla Vəkilovanın repertuarından fraqmentlər nümayiş olunub.

 

Sifai SƏFƏROVA   



02.11.2019 | 10:26