“İradənlə qalib gəl!”

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə "İradənlə qalib gəl!” şüarı altında "Açıq qapı günü" adlı  kütləvi idman tədbiri keçirilib. Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də  Gəncə Olimpiya Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.  1200-ə yaxın müxtəlif idman növlərinin  təmsilçiləri öz məharətlərini nümayiş etdiriblər.

 

Gəncə Şəhər İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  idman siyasətinin Prezident İlham Əliyev tərəfindən səylə davam etdirilməsindən bəhs edib. Deyib ki, Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də idmanın inkişafı, yeniyetmə və gənclərin  idmanın müxtəlif növlərinə cəlb olunması  gələcək nəsillərin  sağlam həyat tərzinin təmin olunmasına hesablanır.

 

M.Cəfərovun sözlərinə görə  idman sahəsində qazanılan uğurların bəhrəsi göz önündədir:”2019-cu ildə şəhərimiz  "Avropanın İdman Şəhəri" tituluna layiq görülüb”.
Sonda  tanınmış idman mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə gənc istedadlı musiqiçilərin konserti  olub.

        

Sifai SƏFƏROVA



05.11.2019 | 13:04