Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

3-4 dekabr 2019-cu il tarixlərində doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək.

 

Elmi konfransda gənc tədqiqatçıların təbiət, texnika, sosial-humanitar elmlər, iqtisadiyyat istiqamətləri üzrə məruzələri dinləniləcək. 

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi doktorant və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlıqlarını stimullaşdırmaqdır.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməsi nəzərdə tutulan doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı  Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq.



05.11.2019 | 15:53