ABŞ nümayəndələri Botanika İnstitutunda

ABŞ-ın Botanika Bağlarının Bitki Toplanılması Əməkdaşlığının üzvləri, direktor Dr. Philip Douglas (Çikaqo Botanika Bağı) və İsveçrənin Aqrar Elmləri Universitetinin professoru Dr. Henrik Sjöman (Göthenburg Botanika Bağları) AMEA Botanika İnstitutunun qonağı olublar.

 

Səfərin məqsədi 2017-ci ildə AMEA Botanika İnstitutu və ABŞ-ın Bitki Toplanılması Əməkdaşlığı arasında bağlanmış memorandum çərçivəsində həyata keçirilən birgə layihələrin müzakirəsi olub. İnstitutun direktoru, akademik Validə Əlizadə qonaqlara beynəlxalq layihələr və elmi- tədqiqat işləri haqqında məlumat verib.

 

Müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin, qonaqlar institutda fəaliyyət göstərən laboratoriyaları və Herbari fondunu ziyarət ediblər.

 

Səfər müddətində xarici alimlərin iştirakı ilə Lənkəranın meşə ekosistemində Quercus castaneifolia və Parrotia persica ağac növlərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib.



06.11.2019 | 10:55