Qazax poeziyası və nəsrinə aid ikicildlik MEK-ə hədiyyə edilib

Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyi Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına (MEK) müasir qazax poeziyası və nəsr antologiyalarının rus dilində ikicildliyini hədiyyə edib.

 

Qeyd edək ki, müasir qazax yazıçı və şairlərinin dörd yüz əsərindən ibarət “Müasir qazax poeziyasının antologiyası” və “Müasir qazax nəsr antologiyası” həmin xalqın mədəniyyəti, adət-ənənələri və milli dəyərləri haqqında məlumat verir.

 

Antologiyaya müasir Qazaxıstan şairlərinin ilk dəfə rus dilinə tərcümə edilmiş əsərləri daxil edilib. Kitab oxucunu qazax xalqının mədəniyyəti və dünyaya baxışı ilə tanış edir. İki cilddən ibarət nəşr “Qlobal dünyada müasir Qazaxıstan mədəniyyəti” layihəsi çərçivəsində tərtib edilərək Moskva Universitetinin nəşriyyatında çap olunub.



07.11.2019 | 18:46