“Laməkan şair”

Bərdə Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Laməkan şair” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqədə 13 məktəb (9 şəhər, 4 kənd) üzrə 28 şagird iştirak edib. Müsabiqəni giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib.

 

Münsiflər heyətinin qərarına əsasən şəhər 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fidan Nəsirli I, şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayşənur Məmmədova, şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Çinarə İbrahimova, şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ramizə Hümbətova II, Mirzəxan kənd tam orta məktəbinin IX sinif şagirdi Leyla Alıyeva və şəhər 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Leyla Yaşazadə III yerlərə layiq görülüblər.

 

Qaliblərə diplomlar  təqdim edilib.

 

Zövqiyyə ƏSƏDOVA,

Bərdə Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



10.11.2019 | 12:01