Moskva Dövlət Universiteti Bakı filialının diplomçuları ilə görüş

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin 7 nəfər diplomçu tələbəsini qəbul edib. Bu tələbələr NKPİ-də diplom işlərini yerinə yetirəcəklər.

 

Akademik tələbələrlə diplom işlərinin mövzularını müzakirə edib. Həmçinin, bu istiqamətdə  onlara dəyərli tövsiyələr verib. V.Abbasov  tələbələri maraqlandıran sualları da cavablandırıb.



08.11.2019 | 17:17