Botanika İnstitutunun Herbari kolleksiyasına xarici alimlərin marağı artır

Ukraynanın Botanika Xerson Dövlət Universitetinin professoru İvan Moysiyenko Azərbaycan Milli Elmlər Akademiyası (AMEA ) Botanika İnstitutunu ziyarət edib.

 

İnstitutun direktoru, akademik Validə Əlizadə elmi müəssisədə həyata keçirilən elmi- tədqiqat işləri və müştərək layihələr haqqında məlumat verib.

 

İ. Moysiyenkonun  institutu ziyarət etməsində  məqsəd Herbari Kolleksiyası ilə yaxından tanış olmaq, həmçinin Fondda saxlanılan Qurşunçiçəyikimilər (Plumbaginacea Juss.) fəsiləsinin Limonium Mill. və Armeria (DC.) Willd. cinslərini araşdırmaq olub.

 

İnstitutun Herbari kolleksiyaları ilə tanış olan qonaq herbari nümunələrinin rəqəmsallaşdırılması və virtual məlumat bazasına daxil edilməsi üzrə görülən  işlərlə yaxından maraqlanıb, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərlə müzakirələr aparıb.

 

İ.Moysiyenko institutda yaradılan şəraitdən  məmnunluğunu bildirib, elmi əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.

 



13.11.2019 | 14:35