UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

İsrailin Sapir Akademik Kollecinin İnnovasiyalar mərkəzinin rəhbəri Dani Frayfild universitetin dəvəti ilə UNEC-də olub.

 

Rektor, professor Ədalət Muradov nümayəndə heyətinə UNEC barədə ətraflı məlumat verib. UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor, bu ixtisaslar üzrə ikili diplom proqramının reallaşdırılmasında maraqlı olduğunu, UNEC-in ölkədə qida sənayesi və yüngül sənaye sahəsində dizayn ixtisası üzrə ali təhsil verən yeganə universitet olduğunu və bu istiqamətdə xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

 

Ə.Muradov İnnovativ Biznes İnkubatorun fəaliyyətindən də söz açıb, burada startapların həyata keçirilməsi üçün təcrübəli mütəxəssislərə ehtiyac olduğunu bildirib.

 

Sonra Dan Frayfild Sapir Akademik Kolleci haqqında ətraflı məlumat verib. Dizayn, informasiya texnologiyaları ixtisaslarının tədris metodları və startapların reallaşdırılması ilə bağlı Sapir Akademik Kollecinin təcrübəsini bölüşüb.

 

Görüşdə hər iki ali təhsil müəssisəsi arasında texniki və texnoloji ixtisaslar üzrə ikili diplom proqramları, startapların hazırlanması, mentorluq fəaliyyəti təcrübəsinin öyrənilməsi, seminarların, təlimlərin və birgə distant sertifikat proqramlarının reallaşdırılması istiqamətində müzakirələr aparılıb.

 

Sonra nümayəndə heyəti İnnovativ Biznes İnkubator, UNEC Ekstern və yeni Oxu zalı ilə tanış olub. UNEC Eksternin fəaliyyəti barədə məlumat verən Ə.Muradov hazırda burada distant sertifikat proqramlarının və təlimlərin aparıldığını diqqətə çatdırıb. UNEC Eksternin imkanlarını yüksək qiymətləndirən nümayəndə heyəti birgə distant sertifikat proqramlarının reallaşdırılmasının mümkünlüyünü bildiriblər.

 



14.11.2019 | 15:20