Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

 

Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2020-ci il tarixlərində olacaq. 

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.



15.11.2019 | 12:33