“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Ağstafa şəhəri Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdəndir.

 

Sözügedən ümumtəhsil məktəbinin əsası 1949-cu ildə qoyulub. Yarandığı gündən rayonun təhsil sahəsində müstəsna xidmətləri olan ümumi təhsil müəssisəsində hazırda 942 şagird təhsil alır. Ötən tədris ilində məktəbin 53 nəfər məzunu olub. Onlardan 23 nəfəri ali, 5 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali məktəbə qəbul olunan məzunlardan 1 nəfəri 600-dən, 5 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

 

Məktəbin şagirdləri 2018-2019-cu tədris ilində Məktəblilərin Respublika Yaradıcılıq Festivalında dram nominasiyası üzrə 1-ci yerə layiq görülüb. 

 

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

 



25.11.2019 | 12:15