Sergey Yesenin yaradıcılığı müəllim və tələbələrin müzakirəsində

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının təşkilatçılığı ilə böyük rus şairi Sergey Yeseninə həsr olunan “Sergey Yeseninin Moskva həyatı” mövzusunda tədbir keçirilib.

 

Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı Gültəkin Əliyeva tədbirin tələbələrin Sergey Yesenin  haqqında məlumatlandırılmasında, intellektual səviyyələrinin yüksəlməsində, tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıb. G.Əliyeva bildirib ki, bu istiqamətdə silsilə tədbirlərin keçirilməsi fakültənin tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

 

Sonra Sergey Yeseninin Moskvadakı ev muzeyinin əməkdaşları Alla Sergeyeva və Yelizaveta Terentevanın muzey haqqında məruzələri dinlənilib. Söhbət zamanı muzeyə virtual ekskursiya edilib, muzeydəki eksponatlar barədə iştirakçılara məlumat verilib.

 

Tədbirdə tələbələr tərəfindən şairin şeirlərindən parçalar səsləndirilib.

 

BSU-nun «Словарь языка Есенин»a adlı yeddi cildlik  kitabının müəllifi Qalina Şipulina  Sergey Yeseninin Bakı həyatından danışıb, şairin yaradıcılığı haqqında ətraflı məlumat verib.



27.11.2019 | 10:17