Linqvistik təhlil bacarıqlarını formalaşdıran vəsait

“Təhsildə   inkişaf  və  innovasiyalar   üzrə   III  qrant  layihəsi”  çərçi -vəsində     Şirvan   şəhərində    hazırlanan   “Linqvistik   Təhlil Bacarıqlarının  Formalaşması üçün Xüsusi  Vəsait ” çap  olunub.

   

Vəsaitin   müəllifi  fərdi  layihə   qalibi,  Şirvan  şəhər   13 nömrəli tam  orta   məktəbin  Azərbaycan   dili   və  ədəbiyyat   müəllimi  Minarə  Əliyevadır.

   

Vəsait, əsasən   IX  və   XI  buraxılış   sinifləri   üçün   nəzərdə   tutulub;    Azərbaycan   dilində əsas   linqvistik   təhlil  növlərini  əhatə  edən   6   bölümdən və  əlavələr  bölməsindən  ibarətdir.

 

Kitabın   əlavələr  bölməsində  şagird və   müəllimlərə   kömək  məqsədilə   Azərbaycan   dilinin   yeni   orfoqrafiya   qaydaları,  durğu işarələri  haqqında   məlumat   daxil  edilib.

   

Kitabda   hər   bölümdə   hər  bir  dilçilik   bölməsinə   aid   nəzəri  məlumat, hər   bir   təhlil   növünün   aparılması   qaydaları,  təhlil   nümunələri, eləcə də   hər bir  təhlil   növü  ilə  bağlı   tapşırıq  və  test  nümunələri  yer alıb.

    

Nəzəri   məlumat   şagirdlərin   biliklərini   sistemləşdirmək   məqsədi  daşıdığından   burada   sxem  və   cədvəllərdən  də  istifadə   edilib.

  

Vəsaitə   yalnız   müəllimlər   üçün  nəzərdə  tutulan   disk  də  əlavə  olunub.  Diskdə  vəsaitin   elektron   variantı,  qiymətləndirmə  nümunələri   və   video  materiallar  yerləşdirilib.



02.12.2019 | 15:27