“Moskva dostları qarşılayır” festivalı

Moskva şəhərində Vladimir Spivakov Fondu tərəfindən XVI “Moskva dostları qarşılayır” beynəlxalq festivalı keçirilib.

 

Festivalda dünyanın 36 ölkəsindən gənc istedadlar  şəhərin müxtəlif konsert salonlarında rəngarəng  musiqi proqramları ifa ediblər. Onların arasında  ölkəmizi layiqincə təmsil edən Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də olub və birincilik qazanaraq diplomlarla mükafatlandırılıblar.

    

Qeyd edək ki, festivalın açılış mərasimində konsert proqramı ilə bərabər gənc rəssamların əsərlərindən ibarət sərgi də nümayiş olunub. İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Mədinə Həmzətova və Fərəh Kərimovanın rəsmləri seçilərək, münsiflər heyəti tərədindən bəyənilib.

 

Dövlət Akademik Böyük Teatrının Bethoven zalında respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyevin bəstəkar Həsən Rzayevin “Çahargah” rapsodiyasını böyük məharətlə səsləndirməsi tamaşaçılarda xoş ovqat yaradıb.

               

Sifai SƏFƏROVA



03.12.2019 | 17:50