BMU könüllüləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Beynəlxalq Könüllülər Günü və Azərbaycan Könüllülük Həftəsi  çərçivəsində abşeronlu könüllülərlə keçirilən görüşdə iştirak ediblər. 

 

Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda isə bu ideologiya  Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə, həmçinin dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədova könüllülər sırasında BMU tələbələrinin sayca çoxluq təşkil etdiyini qeyd edib.

 

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən BMU könüllüləri mükafatlandırılıb.



06.12.2019 | 16:32