“Aləmə nur saçan işıq”

Zaqatala rayon Sumaylı kənd tam orta məktəbində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

 

Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən məktəbin direktoru alimin ömür yolu barədə iştirakçılara ətraflı məlumat verib.

 

Tədbirdə Zərifə xanımın həyatı və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Tədbir şagirdlərin ifasında şeir və kompozisiyalarla davam edib.

 

Daha sonra akademik Zərifə Əliyevaya həsr olunmuş “Aləmə nur saçan işıq” adlı film nümayiş etdirilib.

 

Vüsalə BƏDƏLOVA,

Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



04.05.2018 | 17:48