XII Beynəlxalq "Future Stars" klassik musiqi festivalının açılışına həsr olunmuş konsert

Dekabrın 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XII Beynəlxalq  "Future Stars" klassik musiqi festivalının açılışına həsr olunmuş konsert keçirilib. 

 

Konsertdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,  akademiyanın və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivi iştirak edib. 

 

Tədbirdə həmçinin Uşaq Dövlət Filarmoniyasının Gənclər Simfonik orkestri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin "Tutti" kamera orkestri də iştirak edib. Orkestrlərin ifasında müxtəlif əsərlər ifa olunub. 

 

Tədbir geniş konsert proqramı ilə davam etdirilib.



11.12.2019 | 10:52