“Dil siyasəti və müasir dövr”

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin, Müasir Azərbaycan dili və Türkologiya kafedralarının birgə təşkilatçılığı ilə “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransda Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyinin məsul şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutları, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

 

Məlumat üçün bildirək ki, konfransın təşkilat komitəsinə 16 xarici ölkədən, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Belarus, Çex, Rusiya Federasiyasının Kalmıkiya və Saxa (Yakutiya) Respublikasından, eləcə də ölkəmizin ali təhsil müəssisələrindən elmi məqalələr daxil olub. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir.

 

BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov deyib ki, bugünkü konfrans çox vacib bir mövzuya həsr olunub:” Qloballaşan dünyada doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Ölkəmizdə Azərbaycan dilinə böyük diqqət və qayğı göstərilir. Dövlət dil siyasətini daim diqqət mərkəzində saxlayır...”.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev, BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov, Türkologiya kafedrasının müdiri, dosent Şaban Hüseynov, təhsil eksperti, professor Şahlar Əsgərov, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi” İctimai Birliyinin birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Rasim Məmmədov konfransın keçirilməsini müsbət qiymətləndiriblər.

         

Plenar iclasdan sonra konfrans öz işini altı -Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm”, “Dil və norma”, “Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti”, “Dilin saflığına dövlət qayğısı”, “Dilin tarixi və inkişaf perspektivləri”, “Kütləvi informasiya vasitələri və ədəbi dil” adlı bölmələrdə davam etdirib. Bölmə iclaslarında, ümumilikdə 76 məruzə dinlənilib və müzakirə olunub.



13.12.2019 | 19:26