Rektor intellektual turnirin qalibləri ilə görüşüb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı,“YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında intellektual turnirin final mərhələsi keçirilib.

 

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya  fakültəsinin tələbələrindən ibarət komanda intellektual turnirin final mərhələsində 2-ci yerə layiq görülüb.

 

Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov yarışın qalibləri ilə görüşüb.

 

Rektor tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, GDU-da tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb.

 

Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayan rektor deyib ki, bu irsi öyrənmək və təbliğ etmək hamının şərəfli borcudur.  O,  gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

 

Sonda tələbələr asudə vaxtlarını səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitetin rəhbərinə minnətdarlıqlarını bildiriblər.



18.12.2019 | 10:25