“Məktəblilərarası astronomiya olimpiadası”

Bakı Dövlət Universitetində (BDU) keçirilən “Məktəblilərarası astronomiya olimpiadası”nın nəticələri açıqlanıb. IX və X sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin astronomiya sahəsinə marağının artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

 

Təşkilat komitəsinin qərarına əsasən, ən yaxşı nəticə göstərən 3 şagird -  Hikmət Güləliyev, Rəvan Quluzadə, Ayhan Süleymanzadə 1-ci yerə,  4 şagird - Toğrul Məmmədov, Rəşad Rəhimzadə, Nahid Əliyev, Şüeyib Aslanlı  2-ci yerə, 7 şagird - Azər Rzayev, Riyad Əlipaşalı, Vaqif Əliyev, Elşad İsgəndərli, Elxan Haqverdiyev, Murad Həsənov, Ramin Qasımlı isə 3-cü yerə layiq görülüblər.

 

Mükafatlandırma mərasimi 21 dekabr saat 11:00-da  BDU-da baş tutacaq.  Bütün iştirakçılar hədiyyə və sertifikatla, qaliblərsə diplom və xüsusi mükafatlarla təltif olunacaqlar.

 

Qeyd edək ki, BDU, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə baş tutan “Məktəblilərarası astronomiya olimpiadası” Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçirilib.



18.12.2019 | 12:29