AzTU-nun rektoru beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I beynəlxalq elmi-praktiki konfransında iştirak edən türkiyəli qonaqlarla görüşüb.

 

Rektor bildirib ki, konfransın nəticəsi olaraq Azərbaycan və Türkiyə Universitetləri Assosiasiyasının yaradılması üçün hazırlıqlara yaxın günlərdə başlanılacaq. Bundan başqa, AzTU-nun Türkiyə üzrə xüsusi nümayəndəsinin də təyin olunacağı planlaşdırılır. Bu, AzTU ilə Türkiyə universitetləri arasında əlaqələrin inkişafına öz müsbət təsirini  göstərəcək.

 

Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən türkiyəli qonaqlar konfransın yüksək səviyyədə keçirilməsinə görə V.Vəliyevə təşəkkür ediblər. Qonaqlar AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

 

Görüşdə texniki təhsil sahəsində qardaş ölkələrin universitetləri arasında təcrübə mübadiləsinin önəmi vurğulanıb. 



19.12.2019 | 15:51