“Caucasus_Sat” komandası təltif olunub

Azərkosmos” ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsində uğur qazanan komandaların təltifetmə mərasimi keçirilib. Müsabiqədə 3-cü yerə layiq görülən Bakı Mühəndislik Universitetinin (BMU) “Caucasus_Sat” komandasına qiymətli hədiyyələr və sertifikat təqdim olunub.

     

Tədbirdə bildirilib ki, artıq ikinci ildir təşkil olunan “CanSat Azərbaycan” müsabiqəsi gənclərin kosmik texnologiyalar sahəsinə marağının artrılmasında xüsusi rol oynayır. Həmçinin,  gənclərin qarşısına qoyulan tapşırıqların, elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişaf etdirilməsinə şərait yaradır.

     

Xatırladaq ki, qeyd olunan müsabiqədə ölkənin 15 universitetindən 38 komanda (205 tələbə) yarışıb. Komandalar əsasən, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub. Nəticələr yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

 



19.12.2019 | 17:03