Kimya fənnindən metodik vəsaitin təqdimatı

Naxçıvan Müəllimlər İnstitutunda  institutun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru  Qızıllı Əliyevanın " Orta məktəbin üzvi kimya kursunda oksidləşmə - reduksiya reaksiyaları tədrisinin metodiki əsasları” vəsaitinin təqdimatı keçirilib.

        

İnstitutun prorektoru Azad Novruzov ümumtəhsil müəssələrində metodiki işin təkmilləşdirilməsi istiqamətində ali məktəbin fəaliyyətinə toxunub,  Naxçıvanda bütün sahələrlə yanaşı, təhsil sahəsində də yaradılan işgüzar mühitdən danışıb:”Təqdimatına yığışdığımız bu kitab institutun məktəbə metodiki xidmətinin nümunələrindən biridir. Vəsaitdən orta məktəb müəllimləri kimya dərslərinin məzmununun zənginləşdirilməsində istifadə edə bilərlər. Eyni zamanda, vəsaitdən ali məktəbdə də kimyanın tədrisi metodikası fənninin tədrisində istifadə etmək olar”.

 

Sonra 14 nömrəli tam orta məktəbin kimya müəllimi Famil Abdullayev çıxış edərək, metodiki vəsaitin orta məktəb müəllimləri üçün dəyərli olacağını bildirib.

 

Kitabın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva metodiki vəsaitin  aktuallığından, elmi-metodiki yeniliyindən danışaraq deyib ki, kitabda həm də tədrisin keyfiyyətini yüksəldən tövsiyələrə geniş yer verilib.

 

Sonda tədbir iştirakçılarına metodiki vəsait hədiyyə edilib.



20.12.2019 | 17:46