Demoqrafik inkişafla bağlı təhlil

AMEA Coğrafiya İnstitutunun Elmi seminarında Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov “Azərbaycanın şəhər məntəqələrində davamlı demoqrafik inkişafın iqtisadi-coğrafi problemləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Müəllif məruzəsində davamlı demoqrafik inkişafın aspektlərini analiz edib, iqtisadiyyat, məşğulluq, nəqliyyat, turizm, təhsil, səhiyyə, miqrasiya, məşğulluq və s. kimi sahələrdə  demoqrafik inkişafın mənfi və müsbət xüsusiyyətlərinin təhlilini aparıb,  müqayisəli olaraq Azərbaycanın qərb və şərq hissələrində hər 1000 nəfərə görə təbii artımın dinamikasını, yaş-cins tərkibini, əraziyə görə uzunömürlüyü və s. göstərib.

 

Qeyd edilib  ki, 2010-2017-ci illərdə ölkənin şəhər əhalisi arasında təbii artım əmsalı hər 1000 nəfərə görə 11,2-dən 7,4-ə, doğum əmsalı 17,2-dən 13,6-ya düşub. Doğumun cinsi tərkibinə gəldikdə,  1991-2017-ci illər ərzində hər 1000 nəfərə görə oğlanların sayı qızlara nisbətən 123,5 min  nəfər çox olub; körpə ölümü hər 1000 nəfər diri doğulan uşağa görə13,5-dən 18,7-yə kimi yüksəlib; boşanma göstəricisi isə 1,6-dan 1,9-dək  artıb.



22.12.2019 | 11:42