“Biotibbi mühəndislik ixtisası” üzrə praktiki seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Franche Comte Universiteti ilə birgə təşkil edilən “Biotibbi Mühəndislik” ixtisası üzrə praktiki seminar keçirilib.

 

“İnsan orqanizminin çatışmayan funksiyalarını təmin etmək üçün tibbi sistemlər və təmassız qurğular” mövzusunda keçirilən seminarda “Cihazqayırma mühəndisliyi” və “Biotibbi texnologiyalar mühəndisliyi” ixtisaslarının tələbələri  və müəllimlər iştirak edib. 

 

Seminarda Franche Comte Universitetinin müəllimi, texnika elmləri namizədi Elmar Yusifli universitetin “Nanomedicine” laboratoriyasında işləyib hazırladıqları layihələri tələbələrə nümayiş etdirib.

 

Sonra mövzu ətrafında tələbələrlə müzakirə aparılıb.



20.12.2019 | 19:02