Avropa Azərbaycan Məktəbində xeyriyyə tədbiri

Avropa Azərbaycan Məktəbində  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə  konsert-müsabiqə keçirilib.

 

“İstedad sorağında” layihəsi əsasında hazırlanan  konsertdə məktəbin şagirdləri öz istedadlarını nümayiş etdiriblər. IX sinif şagirdlərinin biznes layihəsi olan tədbirin təşkilatçıları məhz şagirdlərin özləri olub. Valideynlərin də qatıldığı tədbir böyük coşqu ilə qarşılanıb.

 

Müəllimlər və şagirdlərdən ibarət münsiflər heyəti müxtəlif musiqi nömrələri ilə çıxış edən məktəblilərə müvafiq ballar verərək sonda qalibləri müəyyən edib.

 

Xalq artisti İlqar Muradovun əsrarəngiz ifası tədbirə xüsusi rəng qatıb.

 

Tədbirin özəlliklərindən biri də xeyriyyə məqsədi daşıması olub. Belə ki, şagird, valideyn, müəllim və qonaqların yardımı ilə toplanılmış 600 manatdan artıq vəsaitin  Yeni il ərəfəsində kimsəsiz uşaqlara xərclənməsi nəzərdə tutulub.  

 

Tədbirin sonunda müsabiqənin qalibləri sertifikat və hədiyyələrlə təltif edilib.



24.12.2019 | 14:38