Hindistan səfiri ilə görüş

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlung Bakı Dövlət Universitetində (BDU) olub. Rektor Elçin Babayev qonağı salamlayaraq, ona ali məktəb haqqında məlumat verib, beynəlxalq əlaqələrdən danışıb.

 

Səfir Vanlalvavna Bavitlung qəbula görə təşəkkür edib. O, Hindistan universitetləri, tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində fikirlərini səsləndirib.

 

Qarşılıqlı maraq doğuran görüşdə tələbə-müəllim mübadiləsi, Hindistan elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların qurulması, BDU-da Hindistan Mədəniyyət Mərkəzinin açılması, bu ölkənin milli mədəniyyət günlərinin, festivallarının keçirilməsi, filmlərin nümayişi, sərgilərin təşkili kimi məsələlər müzakirə edilib.



24.12.2019 | 16:21