“Universitet layihələri”nin müzakirəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Universitet layihələri”nin III rübün nəticələrinin müzakirəsi keçirilib. 

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı layihələrlə bağlı fikirlərini bölüşüb və görüləcək işlər haqqında məlumat verib.

 

Daha sonra tədbirdə 2019-cu ildə elmi tədqiqat layihə işləri üzrə alınmış nəticələr haqqında danışılıb, icra olunan layihələr və qarşıdakı planlar haqqında hesabat verilib. ADNSU-nun Elm mərkəzi tərəfindən aparılan 6 layihə dinlənilib və görülən işlərlə bağlı müzakirələr olub.

 

Sonda rektor M.Babanlı layihələrlə bağlı tövsiyə və iradlarını bildirib.



25.12.2019 | 10:20