Ukraynada mikoloji tədqiqat

AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının kiçik elmi işçisi Elgün Mustafabəyli Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunda ezamiyyətdə olub. 

 

E. Mustafabəyli səfər zamanı ukraynalı həmkarlarının köməyi ilə Azərbaycandan toplanmış çətin identifikasiya olunan göbələk nümunələri üzərində tədqiqatlar aparıb. O, M.G.Xolodnı adına Botanika İnstitutunun zəngin mikoloji kolleksiyasında olan referens nümunələrdən istifadə etməklə yanaşı, ukraynalı mütəxəssislərlə papaqlı göbələklərin müasir taksanomiyası üzrə də fikir mübadiləsi aparıb. Həmçinin, əldə olunacaq nəticələrin gələcəkdə birgə çap edilməsinin  mümkünlüyü müzakirə edilib.



25.12.2019 | 18:30