“Stressin idarə olunması”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Stressin idarə olunması” mövzusunda təlim keçirilib.

         

Təlim-seminarda psixoloq Zöhrə Məlikova tələbələrə stress, stressin bioloji və psixoloji təsirləri,  həmçinin stressi idarəetmə yolları haqqında məlumat verib, öz təcrübəsini bölüşüb. Stress yaradan vəziyyətlərdən danışan təlimçi, xüsusən də imtahanlarda streslə başa çıxma və stressin idarə olunması yollarından danışıb, bu mövzuda gənclərə öz tövsiyələrini verib.

         

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



26.12.2019 | 12:30