Polis Akademiyasında detektiv yazıçı ilə görüş

Daxili İşlər Nazirliyinin (DİN)  Polis Akademiyasında  detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirilib.

   

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyev görüşün əhəmiyyətindən danışaraq, yazıçının kursantların arzusu ilə dəvət olunduğunu bildirib.

 

N.Əliyev Elxan Elatlının əsərlərinə kursantların böyük maraq göstərdiyini qeyd edərək yazıçının cinayətləri  açma üsullarını, hadisələrə müxtəlif aspektlərdən yanaşıb bədii boyalarla təsvir etdiyini söyləyib.

   

Tədbirdə akademiyanın “Dil hazırlığı” kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyevanın təşkilatçılığı ilə hazırlanan I kurs kursantların ifasında E.Elatlının yaradıcılığından bədii nümunələr səslənib, “Görünməyən izlər” və “Qan ləkəsi” əsərlərindən səhnəciklər göstərilib.

 

Akademiyaya dəvət edilməsindən məmnun olduğunu bildirən E.Elatlı   öz yaradıcılığı barədə geniş məlumat verib və  kursantların suallarını cavablandırıb.

   

Tədbirin sonunda Polis Akademiyasının rəisi N.Əliyev I kurs kursantı Nərmin İsgəndərovanın çəkdiyi “Elxan Elatlının personajları ilə görüşü” rəsmini  qonağa təqdim edib.

    

Tədbirdən sonra yazıçı Polis Akademiyasının tədris korpusu, kitabxana və maddi-texniki bazası ilə yaxından tanış olub.

                        

Şakir CƏFƏROV



26.12.2019 | 17:10