Bayramlara aid yaradıcılıq sərgisi

Naxçıvan Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

 

Universitetin Təsviri incəsənət kafedrasının müdiri, Əməkdar rəssam Həbibə Allahverdiyeva İncəsənət fakültəsinin təşkil etdiyi sərgi ilə bağlı məlumat verib ki,  sərgidə kafedranın müəllim və tələbələrinin birgə hazırladığı 40-dan çox rəsm əsəri, boyakarlıq, dekorativ tətbiqi sənət nümunələri vardır.  Sərgidə Texnologiya müəllimliyi ixtisası tələbələrinin hazırladığı 15-ə yaxın əl işlərinin də olduğu bildirilib.  

 

Universitetin rektoru Elbrus İsayev kreativ ideyalarla zəngin əl işlərinin zəngin yaradıcılıq məhsulu olduğunu vurğulayaraq, tələbələrin əməyini  yüksək qiymətləndirib. Rektor 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən də danışıb, bu əlamətdar günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynadığını diqqətə çatdırıb. E.İsayev tələbə- gəncləri əsl Azərbaycan vətəndaşı kimi milli-mənəvi dəyərlərimizin fəal təbliğatçısı olmağa səsləyib.

 

Sonda universitetin İncəsənət fakültəsi tələbələrinin ifasında  bir-birindən maraqlı musiqi, rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.  



28.12.2019 | 18:24