BMU tələbələrindən maraqlı layihə

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Tərcümə ixtisası üzrə təhsil alan tələbələri maraqlı layihə üzərində işləyiblər. Tələbələrin komanda ilə işləmək bacarığını daha da inkişaf etdirən layihə çərçivəsində Azərbaycan filmlərinin qısa fraqmentləri ingilis dilinə tərcümə edilərək səsləndirilib.

 

Dublyaj layihəsində tələbələr komanda şəklində işləyərək “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Qaynana”, “Yol əhvalatı” və başqa bir neçə filmin qısa fraqmentlərinin tərcüməsi ilə yanaşı, montajını da həyata keçiriblər.

 

Bundan başqa, tələbələr ingiliscə “Sponge Bob” (“Süngər Bob")  animasiyasını seçib, onu ana dilimizə tərcümə edərək səsləndiriblər. Layihədə 17 tələbə aktiv iştirak edib, animasiyanın tərcüməsini, səsləndirmə və montaj işlərini həyata keçirərək uğurlu iş ortaya qoyublar.  

 

Qeyd edək ki, layihə Tərcümə və ingilis dili kafedrasının müdiri, dosent Natiq Adilov, kafedranın müəllimi Sevda Hüseynovanın rəhbərliyi və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fuad Şərbətovun dəstəyi ilə həyata keçirilib.



29.12.2019 | 17:25