“Gələcəyin fizikləri”

İstedadlı şagirdlərin üzə çıxarılması məqsədilə Şirvan şəhərində “Gələcəyin fizikləri” layihəsi həyata keçirilir. Qeyd edək ki, layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub.

 

“Gələcəyin fizikləri”  9 – cu sinif şagirdlərini əhatə edir.  Layihəyə start verilərkən, 200 şagird arasında 30 sualdan ibarət imtahan təşkil edilib. Suallara ən yaxşı cavabı 25 şagird verib. Bu şagirdlərin respublika fənn olimpiadalarında iştirakını təmin etmək üçün həftədə 3 gün olmaqla, fizika dərsləri keçirilir.

 

Verilən məlumata görə, şagirdlərin bilik və bacarıqlarını mütəmadi izləmək üçün hər ay bir dəfə olmaqla, sınaq imtahanı təşkil olunur və nəticələr müzakirə edilir.

 

Müddəti 4 ay olan bu layihədə iştirak edən şagirdlərə, sadəcə nəzəri biliklər deyil, həm də praktiki biliklər verilir. Bu məqsədlə layihə müddətində şagirdlərin Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub. Yaxın günlərdə həmin şagirdlərin “Hədəf” liseyinin fizika laboratoriyasına ekskursiyası da təşkil ediləcək.



07.01.2020 | 12:49