“Kitabi Dədəm Qorqud və onun Türkmən Səhra nüsxəsi”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun  (ETİ) əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Kitabi Dədəm Qorqud və onun Türkmən Səhra nüsxəsi” adlı monoqrafiyası nəşr olunub.

         

Monoqrafiyada “Kitabi Dədəm Qorqudun” yeni tapılmış üçüncü əlyazması hesab edilən Türkmən Səhra nüsxəsi tədqiq olunub. Araşdırma Türkmən Səhra nüsxəsinin transliterasiyası və fotofaksimilesi, eyni zamanda abidənin bütün nüsxələri haqqında yığcam məlumatları əhatə edir. Kitabda, həmçinin predmet obyekti olan nüsxənin əlyazması və ona dair qeyd, şərh və izahlar yer alıb.

         

Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin Elmi Şurasının qərarı ilə çapa tövsiyyə edilən monoqrafiyanın elmi məsləhətçisi BDU-nun tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının professoru Zabil Bayramlıdır.

         

Kitab tələbə, magistr, doktorant, dilçi və tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



09.01.2020 | 17:28