İtaliyalı qonaqlar Yusif Məmmədəliyevin memorial muzeyini ziyarət ediblər

İtaliyanın Florensiya şəhərinin Mədəniyyət Assosiasiyasının  əməkdaşları fevralın 21-də AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar. Qonaqlarla görüşən institutun direktoru, akademik Vaqif Abbasov  onları institut haqqında məlumatlandırıb.

Sonra qonaqlar akademik Yusuf Məmmədəliyevin memorial muzeyini ziyarət edib, görkəmli alimin həyat və yaradıcılığına həsr edilmiş filmə baxıblar. Muzeyin eksponatları ilə qonaqları kimya elmləri doktoru Reyhan Əliyeva və institutun kiçik elmi işçisi Zeynəb Axundova tanış edib.

Qonaqlar səfərdən məmnun qaldıqlarını bildirib və muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd ediblər.



22.02.2018 | 14:00