“Qan yaddaşımız” adlı rəsm sərgisi

Yanvarın 17-də Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Qan yaddaşımız” adlı rəsm sərgisi  keçiriləcək.

 

Sərgidə rəssamlar Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Vidadi Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 Yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” adlı tabloları nümayiş olunacaq.

 

S.SƏFƏROVA



13.01.2020 | 20:18