Lənkəran Dövlət Universitetində imtahanların gedişi izlənilib

Lənkəran Dövlət Universitetində (LDU) 2019-2020-ci tədris ilinin  payız semestrinin  imtahan sessiyasının  gedişi canlı izlənilib.

 

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun rəhbərlik  etdiyi İctimai  Şura  üzvlərinin bir qrupu –Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov  universitetin tədris korpuslarına baş çəkərək , imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani tanış olublar.

 

Onlar   Operativ Qərargahın və Apelyasiya komissiyalarının fəaliyyəti ilə də yaxından  tanış olublar.

 

Eyni zamanda, İctimai Şura üzvlərinə LDU-nun təhsil həyatı, burada professor-müəllim -tələbə heyəti üçün yaradılan şərait, son ildə tədrisin modern təşkili , universitetin yenilənmiş maddi-texniki bazası,yardımçı təsərrüfatı  ilə bağlı  son yeniliklər barədə ətraflı məlumat verilib.

 

İmtahanların gedişi ilə tanışlıqdan sonra  İctimai Şura üzvlərini  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.

 

Universitet rəsmisi şura üzvlərinin imtahanların gedişi  ilə bağlı təəssüratlarını dinləyib, təklif və rəylərinə münasibət bildirib.

 



14.01.2020 | 14:23