İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyinin təmin olunması problemi üzrə tədqiqatlar aparılıb. Bu problem üzrə intellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması metodları işlənilib. İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ziyanlı informasiyanın qarşısının alınması üçün konseptual model təklif edilib.

  

Qeyd edək ki, internetdə uşaq və yeniyetmələrin uyğun olmayan şəkillərdən qorunması məqsədilə fotoların sanitarizasiyanı həyata keçirən yeni metod da işlənilib və müvafiq qanunvericilik aktlarından irəli gələn texnoloji vəzifələr müəyyənləşdirilib.

 

Sifai SƏFƏROVA



15.01.2020 | 15:28