20 Yanvarla bağlı inşa-yazı müsabiqəsinə yekun vurulub

Tərtər rayonu ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinə yekun vurulub.

 

Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələ isə Uşaq Gənclər Şahmat Məktəbində keçirilib. Yekun mərhələdə 34 ümumtəhsil məktəbindən 44 nəfər şagirdin qatıldığı inşa-yazı müsabiqəsində Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən söz açıb, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.

 

Qeyd edək ki, müsabiqənin qalibləri Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

         

Sifai SƏFƏROVA



15.01.2020 | 19:27