Danimarkalı ekspert ADAU-da

Azərbaycan höküməti ilə Dünya Bankı  “Kənd təsərrüfatında risklərin qiymətləndirilməsi”  mövzusunda  birgə layihə həyata keçirmək niyyətindədir. Artıq  hazırlıq işləri yekunlaşmaq üzrədir və rəsmi təqdimat iyun ayına planlaşdırılıb.  

Sənədlərin hazırlanması  çərçivəsində  Danimarkadan olan və Azərbaycana  ezam edilən ekspert  Karl Larsen aqrar sektorda təhsil və məsləhət xidmətlərinə aid tədqiqatını davam etdirməkdədir.  Azərbaycan Dövlət Aqrar Universitetindən verilən məlumata görə, səfər çərçivəsində Karl Larsen  ADAU-da olub, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Görüşdə fikir mübadiləsi aparılıb, ekspertin görəcəyi işin  çərçivəsini əks etdirən  təlimat  (ToR) müzakirə edilib, ADAU  rəhbərliyinin tövsiyələri dinlənlib.   

 

Yusif ƏLİYEV

 



22.02.2018 | 17:00